Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyə haqqında
Fəaliyyətlər
Şəhər haqqında
Arxiv
Əlaqə məlumatları
Bələdiyyəyə sözüm var
Giriş mesajı
Qanunvericilik bazası
Bələdiyyə vergiləri
Faydalı keçidlər
XƏBƏRLƏR VƏ ELANLAR
30.03.2009
Ombudsmanın Bəyanatı»»»
30.03.2009
Göyçayda əhalinin siyahiyaalinması ilə bağlı təşkilati işlər başa çatdırılmışdır»»»
11.03.2009
Şirvan şəhərinin Elektron xəritəsi hazırlanır »»»
Göyçayda əhalinin siyahiyaalinması ilə bağlı təşkilati işlər başa çatdırılmışdır
[30.03.2009]

Göyçay rayonunda əhalinin siyahıyaalınmasının yüksək səviyyədə təşkil edilməsi üçün nəzərdə tutulmuş hazırlıq işləri başa çatdırılmışdır.Rayon statistika idarəsindən bildirmişlər ki, bu məqsədlə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmış, Göyçay şəhər və kəndlərin sərhədləri dəqiqləşdirilmişdir. Əhalisi 5 min nəfərdən çox olan Bığır və Ləkçiplaq kəndlərinin, eləcə də Göyçay şəhərinin sxematik planı hazırlanmışdır. Şəhərdə küçə adları və ünvanlar səliqəyə salınmışdır.
Bundan əlavə, əhalinin daimi yaşayış yeri üzrə uçot və qeydiyyatını dəqiqləşdirmək məqsədilə Göyçay şəhərində 7300 mənzildə və 25 kənddə yoxlama işləri aparılmışdır. Tədbirlər planına uyğun olaraq, rayonda 7 siyahıyaalma məntəqəsi, 49 təlimatçı-nəzarətçi məntəqəsi, 245 sayıcı məntəqəsi yaradılmışdır. Siyahıyaalma və təlimatçı-nəzarətçi məntəqələrinin dislokasiyası hazırlanmış və məlumatlar rayon qəzetində dərc edilmişdir. Butün məntəqələr müvafiq binalarla təmin edilmişdir.
Aprelin 13-dən başlayaraq on gün müddətində keçiriləcək siyahıyaalma ilə bağlı sayıcı və təlimatçı-nəzarətçilər müəyyənləşdirilərək qeydiyyata alınmışlar. Ehtiyat kadrlar da nəzərdə tutulmuşdur. Əhalini siyahıya alacaq şəxslərin əksəriyyəti 1999-cu ilin siyahıyaalınmasında iştirak etmişlər və bu işdə müəyyən təcrübəyə malikdirlər. Siyahıyaalınma kampaniyası ərəfəsində məntəqə müdirləri, müavinlər, sayıcılar, təlimatçı-nəzarətçilər müvafiq qaydada təlimatlandırılmışlar.

AzərTAc

 
Copyright © 2007