Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyə haqqında
Fəaliyyətlər
Şəhər haqqında
Arxiv
Əlaqə məlumatları
Bələdiyyəyə sözüm var
Şəhər haqqında
Telefon rəhbəri
Fotoqalereya
XƏBƏRLƏR VƏ ELANLAR
30.03.2009
Ombudsmanın Bəyanatı»»»
30.03.2009
Göyçayda əhalinin siyahiyaalinması ilə bağlı təşkilati işlər başa çatdırılmışdır»»»
11.03.2009
Şirvan şəhərinin Elektron xəritəsi hazırlanır »»»
Şirvan şəhəri

Ərazisi - 30 km2
Əhalisinin sayı - 70125
İnzibati mərkəzi       Şirvan

Təpədən-dırnağacan müasir bir şəhər olan Şirvan  Dəli Kürün yaxasında qızıl suyuna çəkilmiş düymədi.

Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.

Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər apırıb çıxarır.

  Şirvan  Müalicə Diaqnostika Mərkəzinin ümumi sahəsi 1,2 hektar, tikinti sahəsi 6500 kv.m. olmaqla müasir tibbi avadanlıqlar quraşdırılmış və 26 çarpayılıqdır.
2007-ci ilin dekabr ayının 24-də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  Şirvan Müalicə Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.


 

“MKT- İstehsal Kommersiya” MMC-nin Yağ Emalı zavodu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2007-ci il tarixdə açılmışdır. Müəssisədə gün ərzində 219 ton müxtəlif çeşidli çiyid yağı, linter, çiyid cecəsi məhsulları emal edilir.
2003-2007-ci illərdə şəhərdə fəaliyyət göstərən müəssisələrin sayı 143-dən-204-ə çatmışdır. Bu dövr ərzində əsas kapitala yönəldilən investisiyalar 4,1 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 2,5 dəfə, orta aylıq əmək haqqı 2,6 dəfə artmışdır.


 

“Telemexanika” zavodu 2007-ci ildə yenidən qurulmuş, müasir texnoloji avadanlıqlarla təchiz edilmişdir.
24 dekabr 2007-ci il tarixdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev zavodun açılışında iştirak etmişdir.

 

 

 

 Şirvan şəhər Çılpaqlı yaşayış massivində 680 şagird yerlik 33 sinifdən ibarət 4 saylı  orta məktəb  Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 1,3 milyon manat vəsait hesabına tikilərək  istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci ildə  Şirvan şəhərinə səfəri zamanı məktəblə yaxından tanış olmuşdur.
Tikintinin ümumi sahəsi 3390 kv.metrdir.


 

 Şirvan “Telekommunikasiya” Qovşağı 10256 abonentə xidmət edir,2006-cı ildə yeni 3000 yerlik elektron avtomat telefon stansiyası quraşdırılmışdır.
2007-ci ildə “Telekommunikasiya” Qovşağının tərkibində şəhərlərarası Beynəlxalq telefon stansiyası yaradılmış və ətraf 12 rayon bu sistemə qoşulmuşdur.


 

 

 Şirvan şəhər S.Vurğun adına parkın ümumi sahəsi 2700 kv.metrdir.
Park 2006-cı ildə yenidən qurularaq istifadəyə verilmişdir.

 

 

 

 

 Şirvan Gömrük idarəsinin inzibati binası.
2006-cı ildə tikilərək istifadəyə verilmiş, ümumi ərazisi 3,0 hektar, tikintialtı sahəsi 860 kv.metrdir.

 

 

 


Ümummilli Lider Heydər Əliyevin adını daşıyan meydan və abidə kompleksinin ümumi sahəsi 2,5 hektardır, 2006-cı ildə tikilərək istifadəyə verilmişdir.

 

 

 

 

 

 Şirvan şəhərinin girişində “ Şirvan şəhər göstəricisi” abidə kompleksi 2005-ci ildə tikilib istifadəyə verilmişdir.
Kompleksin ərazisində  2000 ədəd dekorativ ağac və gül kolları əkilmişdir.

 

 


Əlillər və şəhid ailələri üçün  55 mənzilli yaşayış binası.
Bina 2006-cı ilin mart ayında istifadəyə verilmişdir.
2003-2007-ci illərdə Şirvan  şəhərində ümumi sahəsi 98,9 min kv.m. olan yaşayış evləri tikilmişdir.

 

 


Ümummilli Lider Heydər Əliyev adını daşıyan park 2005-ci ildə salınmışdır, ümumi sahəsi 2,6 hektardır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 23 mart 2006-cı il tarixdə parkın gəzintisində iştirak etmiş, görülən işlərlə tanış olmuşdur.

 
Copyright © 2007