Əziz dostlar!
Şirvan şəhər bələdiyyəsinin sədri olaraq Sizi Şirvan bələdiyyəsinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız, burada siz Şirvan şəhərinin tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz.
Hörmətlə,
Əfsəlağa Babayev
Şirvan Şəhər Bələdiyyəsinin sədri